BİZNES

26 Avqust

Bakı şəhərində muzdla işləyənlərin orta aylıq əməkhaqqı 1 374,9 manat

2025-ci ilin yanvar-may aylarında Bakı şəhərində muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1 374,9 manat təşkil edib.

Bu barədə Finss.az Bakı şəhər Statistika İdarəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2024-cü ilin müvafiq dövrünə nisbətən 8,1 faiz çoxdur.

Qeyd edək ki, 2025-ci ilin yanvar-iyun aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 1097,3 manat, 2024-cü ilin müvafiq dövrünə nisbətən 9,4 faiz artıb.

Əməkhaqqı sektorlara görə:

  • Neft-qaz sektoru: 3 918,7 manat
  • Qeyri neft-qaz sektoru: 1 044,9 manat

Müəssisə növünə görə:

  • Dövlət müəssisələri: 1 061,8 manat
  • Özəl müəssisələr: 1 133,0 manat

Fuad Mədətov
Finss.az